Braziliya Argentinanı məğlub etdi

 09:13 03.07.2019     453

Amerika Kubokunun ilk finalçısı müəyyənləşib. 

Redaktor.az-ın məlumatına görə, ilk yarımfinal oyunu Braziliya Argentina yığmaları arasında baş tutub.

Belo-Horizonte şəhərinin "Mineyrao" stadionunda keçirilən oyundan braziliyalılar 2:0 hesablı qələbə ilə ayrılıblar.

Qollar: Qarbiel Jesus (19-cu dəqiqə), Roberto Firmino (71-ci dəqiqə).

Qeyd edək ki, növbəti yarımfinal oyunu Peru və Çili yığmaları arasında keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən