"Barselona" "Bavariya"nın təklifini RƏDD ETDİ

 13:35 03.07.2019     380

"Barselona"nın futbolçusu Usman Dembele üçün "Bavariya"dan təklif gəlib.

Redaktor.az-ın məlumatına görə, Kataloniya klubu 70 milyon avroluq təklifi rədd edib. Səbəb isə təklif olunan məbləğin az olmasıdır.

Qeyd edilir ki, klub U.Dembeleni 95 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

Xatırladaq ki, "Barselona" Dembeleni 2017-ci ildə Dortmund "Borussiya"sından 125 milyon avroya transfer etmişdi.//Trend.az