"Millidəki karyeramı davam etdirəcəm" - Messi

 19:15 03.07.2019     484

Argentina millisinin kapitanı Lionel Messi yığmadakı gələcəyi haqda danışıb.

Redaktor.az Trend-ə istinadən bildirir ki, 32 yaşlı hücumçu millidəki karyerasını davam etdirəcəyini bildirib: "Bizi yeni mərhələ gözləyir. Ümid edirəm ki, hörmət görəcəyik. Azarkeşlər komandanın böyüməsinə imkan verməlidirlər. Həqiqətən, oyunçularla yaxşı anlaşdım, gələcəkdə də onlara köməyim lazım olsa, bunu edəcəm".

Qeyd edək ki, 2005-ci ildən Argentina millisində çıxış edən Messinin yığmada karyerasını bitirəcəyi haqda xəbərlər yayılmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən