"Atletiko"dan 126 milyonluq transfer

 00:42 04.07.2019     423

"Atletiko" "Benfika"nın futbolçusu Joau Feliksin transferini həll edib.

Redaktor.az-ın xəbərinə görə, Madrid klubu rəsmi "Tvitter" səhifəsi vasitəsi ilə yayımladığı videoçarxda 19 yaşlı hücumçunun keçidini açıqlayıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

"Benfika"nın rəsmi saytı isə bu transfer üçün İspaniya təmsilçisinin 126 milyon avro təzminat ödədiyini yazıb.

Rüfət Xəlil / Redaktor.az