Braziliyalı futbolçu "Qarabağ"da

 10:19 04.07.2019     557

“Qarabağ” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.

Redaktor.az-ın məlumatına görə, növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini reallaşdırıb. Komandamız sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.

Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.