“Çelsi”nin yeni baş məşqçisinin adı açıqlanıb

 12:42 04.07.2019     771

Londonun “Çelsi” klubunun yeni baş məşqçisinin adı açıqlanıb. 

Redaktor.az-ın məlumatına görə, “zadəganlar”ın “sükanı arxasına” sabiq futbolçusu Frank Lempard gətirilib. 

“Çelsi”nin tarixinə düşmüş oyunçu ilə 3 illik müqavilə imzalanıb. Bu postda "Yuventus"a keçən Maurisio Sarrini əvəzləyən sabiq yarımmüdafiəçi yeni klubunda ilinə 4,5 milyon avro qazanacaq. 

Qeyd edək ki, F. Lempard 2001-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub. 41 yaşlı mütəxəssis məşqçilik fəaliyyətinə isə 2018-ci ildə “Derbi Kaunti”də başlayıb.//Apa.az