Azərbaycan çempionunun rəqibləri müəyyənləşib

 18:30 04.07.2019     292

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.

Redaktor.az-ın məlumatına görə, mərasimdə mübarizəyə əsas mərhələdən başlayacaq Azərbaycan çempionu “Araz”ın da rəqibləri dəqiqləşib. 

Komandamız II qrupda “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna)  komandaları ilə üz-üzə gələcək.

 

Bu qrupun oyunları oktyabrın 8-dən 13-dək Belçikada keçiriləcək.