Buffon yenidən "Yuventus"a qayıtdı

 19:01 04.07.2019     389

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Yuventus"a qayıdıb.

Redaktor.az-ın məlumatına görə, 41 yaşlı qapıçı tibbi müayinədən keçmək üçün artıq Turinə gəlib. Müayinədən sonra sabiq klubu ilə bir illik müqavilə imzalayacaq.

Qeyd edilir ki, italiyalı qapıçı bir il ərzində 1,5 milyon avro maaş və bonuslar alacaq.

Xatırladaq ki, C.Buffon 2002-ci ildə "Parma"dan 52,8 milyon avroya "Yuventus"a keçmişdi. İtaliya millisinin keçmiş üzvü ötən yay PSJ ilə müqavilə bağlamışdı.//Trend.az