İspaniya La Liqasının başlama vaxtı dəqiqləşib

 18:25 04.07.2019     297

İspaniya La Liqasında yeni mövsümün təqvimi açıqlanıb. 

Redaktor.az-ın məlumatına görə, 2019/20 mövsümünə avqustun 17-də start veriləcək. 

Püşkə əsasən, 2 gün davam edəcək ilk turda “Selta” “Real”ı, “Malyorka” “Eybar”ı, “Atletiko” “Xetafe”ni, “Espanyol” “Sevilya”nı, “Alaves” “Levante”ni, “Valensiya” “Real Sosyedad”ı, “Betis” “Valyadolid”i, “Leqanes” “Osasuna”nı, “Atletik” “Barselona”nı və “Vilyarreal” “Qranada”nı sınağa çəkəcək. 

Mövsümə 2020-ci il mayın 24-də yekun vurulacaq. 

“El Klasiko”lara gəlincə, onların da vaxtı dəqiqləşib. Öncə “Barselona” “Nou Kamp”da “Real”ı qəbul edəcək. Bu qarşılaşma oktyabrın 27-də olacaq. Ardınca madridlilər əzəli rəqibi ilə gələn il martın 1-də “Santyaqo Bernabeu”da üz-üzə gələcəklər.