Məşhur futbolçu karyerasını başa vurdu

 01:46 05.07.2019     365

“Bavariya”, “Çelsi” və “Real”ın sabiq oyunçusu Aryen Robben futbolçu karyerasını başa vurub.

Redaktor.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi bu barədə ölkəsinin mətbuatına açıqlama verib. O, bu qərarı verməyin çox çətin olduğunu bildirib.

“Peşəkar futbolçu karyeramı başa vurmağa qərar verdim. Heç şübhəsiz bu, karyeramda verdiyim ən çətin qərardır”.


Qeyd edək ki, müxtəlif klublarda 29 titul qazanan 35 yaşlı Robben Hollandiya millisində 96 oyuna 37 qol vurub.