“Keşlə”nin məşqçilər korpusu müəyyənləşib

 15:37 05.07.2019     415

“Keşlə” futbol klubunun məşqçilər korpusu təsdiqlənib.

Klubdan Redaktor.az-a verilən məlumata görə, komanda çıxışını Tərlan Əhmədovun rəhbərliyi altında davam etdirəcək. 

Baş məşqçiyə Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər. Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək. 

Məşqçilər korpusunda yer alan mütəxəssislərin hər biri ilə 1 illik müqavilə imzalanıb.