Azərbaycan və ABŞ yığmaları arasında yoldaşlıq görüşü keçirilib

 19:30 06.07.2019     358

Gənclərdən ibarət sərbəst güləş üzrə Azərbaycan yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.

Redaktor.az-ın APA-ya istinadən məlumatına görə, milli iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandasıyla birgə hazırlıq keçir. 

Bu gün tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü keçirilib. Beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalar kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Yekunda Azərbaycan yığması 12:2 hesablı qələbəyə sevinib. 

Qonaq komandanın baş məşqçisi, olimpiya çempionu Con Peterson daha sonra AGF-nin rəsmi saytına açıqlama verib:

"Bir neçə gündür ki, Bakıda yığmanızla birgə toplanış keçirik. Bizim güləşçilər burada pəhləvanlarınızdan çox şey öyrənir. Bu baxımdan təlim-məşq toplanışından çox razıyam. Bu, Bakıya ilk səfərim deyil. Hələ SSRİ dönəmində Azərbaycanda olmuşdum. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatı zamanı da ölkənizə səfər etmişdim. Onu deyə bilərəm ki, insanlarınız əvvəl necə qonaqpərvər idisə, indi də elədir".