UFC-də nokaut rekordu - VİDEO
UFC döyüşçüsü Xorxe Masvidal Las-Veqasda keçirilən turnirdə qələbə qazanmaqla tarixə düşüb.
Redaktor.az xəbər verir ki, amerikalı idmançı həmyerlisinə nokautla qalib gəlib. Döyüşün videosu UFC Español-un Twitter hesabında yerləşdirilib.
Qələbə qazanmaq üçün Masvidala 5 saniyə kifayət edib. O, dizi ilə rəqib idmançının başına zərbə endirib. Bu, UFC tarixində ən tez qeydə alınan nokaut olub.(oxu.az)












