FİFA prezidenti fitə basılıb

 16:35 08.07.2019     444

FİFA prezidenti Canni İnfantino xoşagəlməz hadisə ilə üzləşib. 

Redaktor.az-ın məlumatına görə, bu, qadınlar arasında dünya çempionatının final oyununda yaşanıb. 

ABŞ və Hollandiya millilərinin matçından (2:0) sonra meydana çıxan qurum rəhbəri azarkeşlər tərəfindən fitə basılıb. Fanatlar “eyni maaş” şüarları səsləndirməklə, kişi və qadın futbolçuların maaşları arasındakı duruma etiraz ediblər. 

Qeyd edək ki, ABŞ yığması 2015-ci ildə qazandığı titulu qoruyaraq, tarixində 4-cü dəfə çempion olub.//Apa.az

Vumart və Güvən reklamı Vumart Güvən