UEFA-dan Asim Xudiyevə təyinat

 19:39 08.07.2019     444

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Redaktor.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, o, Avropa Liqasının birinci təsnifat mərhələsində “Norrköpinq” (İsveç) və “Sent-Patriks” (İrlandiya) arasında keçiriləcək cavab qarşılaşmasının hakim-inspektoru olacaq.


“NYA Parken” stadionundakı matç iyulun 18-də oynanılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən