"Qalatasaray" Fatih Terimlə yeni müqavilə imzaladı - RƏSMİ
"Qalatasaray" baş məşqçisi Fatih Terimlə müqavilənin müddətini artırıb.
Redaktor.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 65 yaşlı mütəxəssislə 2+3 illik müqavilə imzalanıb. Onun 2019/2020 və 2020/2021 mövsümlərinin hər birində 18 milyon türk lirəsi maaş alacağı bildirilib.
Qeyd edək ki, F.Terim 2017-ci ildə 4-cü dəfə İstanbul təmsilçisinin baş məşqçisi təyin olunub.












