"PSJ"də Neymar böhranı - Futbolçu Parisə qayıtmadı

 04:22 09.07.2019     486

Braziliyalı ulduz futbolçu Neymar şərəfini qoruduğu PSJ-nin düşərgəsinə qayıtmayıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Paris klubunun saytı bəyanat yayıb. Bildirilib ki, braziliyalı hücumçu bu gün PSJ-nin  yeni mövsüm öncəsi ilk məşqində iştirak etməli idi. Lakin o, klubdan icazə almadan vaxtında düşərgəyə qayıtmayıb.

Fransa klubu bu hadisədən heyfsləndiyini və 27 yaşlı oyunçunun etdiyi hərəkət səbəbindən lazımi tədbirləri görəcəyini açıqlayıb.

Qeyd edək ki, Neymarın "Barselona"ya keçəcəyi iddia olunur.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən