Azərbaycan millisinin baş məşqçisi istefa ərizəsi ilə müraciət edib
Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinov istefa ərizəsi ilə federasiya rəhbərliyinə müraciət edib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Boks Federasiyasının rəsmi saytı yayıb.
Bildirilir ki, çalışdırıcı bunu səhhəti ilə əlaqələndirib: “Vaqif Şirinovun istefası ilə bağlı müraciətinə Azərbaycan Boks Federasiyasının rəhbərliyi baxaraq, qərar verəcək”.
Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək son 2 ildə gənclərdən ibarət millimizi çalışdırırdı.












