Azərbaycanlı hakimlər Avropa Liqasının oyununa təyinat alıblar

 22:38 09.07.2019     466

Azərbaycanlı FİFA hakimləri növbəti təyinat alıblar.

Redaktor.az-ın məlumatına görə, ədalət təmsilçilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iş başında olacaqlar.

İyulun 18-də keçiriləcək “Spartak Trnava” (Slovakiya) – “Radnik Bijeljina” (Bosniya və Herseqovina) qarşılaşmasını Rəhim Həsənov idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaq. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Vumart və Güvən reklamı Vumart Güvən