Azərbaycan avrokubokda yeni mövsümə "Qarabağ"la start verir

 05:21 10.07.2019     368

Bu gün Azərbaycan futbol klubları üçün yeni mövsüm start götürür. 

Redaktor.az-ın məlumatına görə, avrokubokların yeni mövsümündə meydana çıxan ilk komandamız “Qarabağ” olacaq.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayacaq. Yeddiqat Azərbaycan çempionu ilk oyununu Albaniyada "Partizani"yə qarşı keçirəcək.

Qeyd edək ki, Tirananın Selman Stermesi stadionundakı matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən