Boksçularımız Batumidə beynəlxalq TURNİRDƏ

 09:42 10.07.2019     488

Gürcüstanın Batumi şəhərində boks üzrə yeniyetmə və kadetlər arasında beynəlxalq turnir start götürüb.

Azərbaycan Boks Federasiyasından Redaktor.az-a verilən məlumata görə, yarışlarda Azərbaycanı Əməkdar məşqçi Rəhim Allahverdiyevin rəhbərliyi ilə 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin və “Qızıl Əlcək” idman klubunun yetirmələri təmsil edirlər. Yarışda 25 boksçumuz mübarizə aparır. Batumi turniri komandamız üçün kadetlər arasında keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.

Beynəlxalq turnir iyulun 11-də başa çatacaq.

Vumart və Güvən reklamı Vumart Güvən