Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

 12:54 10.07.2019     437

2019-cu ilin təqvim-idman planına müvafiq olaraq cari ilin 10-12 iyul tarixlərində stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, birincilikdə 2007-ci il təvəllüdlü və daha azyaşlı oğlan və qızlar mübarizə aparacaqlar. Şəxsi-komanda xarakteri daşıyan birincilikdə Azərbaycanın şəhər və rayonlarının yığma komandaları iştirak edəcəklər.

Birincilik 10 iyul saat 10.00-da “Şüa” İdman Kompleksində start götürəcək.

Vumart və Güvən reklamı Vumart Güvən