“Neftçi” – “Speranta” oyunu canlı yayımlanacaq

 16:34 10.07.2019     422

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Neftçi” – “Speranta” (Moldova) matçı canlı yayımlanacaq.

Redaktor.az-ın məlumatına görə, azarkeşlər iyulun 18-də Bakıda baş tutacaq görüşü “CBC Sport” vasitəsilə izləyə biləcəklər.

Həmin matç “Bakcell Arena”da keçiriləcək. Görüş 21:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında sabah Moldovada baş tutacaq ilk oyun da “CBC Sport” vasitəsilə canlı yayımlanacaq. Kişinyovun “Zimbru” stadionundakı matç saat 21:00-da başlayacaq.

Vumart və Güvən reklamı Vumart Güvən