"Fənərbaxça"dan növbəti transfer

 01:22 11.07.2019     407

“Fənərbaxça” daha bir transferini reallaşdırıb.

Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyənin birinci liqasında mübarizə aparan “Ümraniyəspor”un  müdafiəçisi Yasir Subaşını heyətinə cəlb edib. Bu barədə “Ümraniyəspor”un mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2018-ci ildən “Ümraniyəspor”da çıxış edirdi.

Vumart və Güvən reklamı Vumart Güvən