"Qəbələ" Mozambik yığmasının hücumçusunu transfer etdi - FOTO

 04:21 11.07.2019     333

2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. 

Redaktor.az-ın klubun saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb. 

25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib. 

Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur.

Rüfət Xəlil / Redaktor.az