“Səbail” və “Neftçi” Avropa Liqasında ilk oyununu keçirəcək

 07:21 11.07.2019     286

Bu gün Azərbaycanın iki komandası futbol üzrə Avropa Liqasında mübarizəyə başlayacaq.

Redaktor.az-ın məlumatına görə, yarışa I təsnifat mərhələsindən qoşulacaq “Səbail” və “Neftçi” ilk oyunlarını keçirəcək.

 “Səbail” avrokuboklarda debüt edəcək. Bakı klubu ilk görüşünü evdə keçirəcək.

Paytaxt futbolçuları Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək. 

Avrokuboklar təcrübəsi daha zəngin olan “Neftçi” mövsümə səfərdə başlayacaq. Azərbaycanın ən titullu klubunun rəqibi də daha əlverişlidir.

Bakılılar Moldovada “Speranta” ilə üz-üzə gələcək.

Qeyd edək ki, hər iki komandamız cavab oyununu iyulun 18-də keçirəcək.