Murtuzəli Müslimov Yaşar Doğu turnirinin yarımfinalında

 20:16 11.07.2019     397

Bu gün Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirə turniri start götürüb.

Redaktor.az Trend-ə istinadən bildirir ki, ilk yarış günündə sərbəst güləş üzrə yığmamızın 3 üzvü xalça üzərinə çıxıb.

Georgi Edişeraşvili gərgin keçən görüşdə italiyalı rəqibinə uduzub. 70 kq-da iki təmsilçimiz mübarizə aparıb. İlk mərhələdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov 1/4 finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib.