FİFA Azərbaycan millisini yenidən reytinq cədvəlinə qaytarıb

 12:11 12.07.2019     316

FİFA qadın futbolçulardan ibarət milli komandaların iyun ayı üçün reytinq siyahısını açıqlayıb. 

Redaktor.az-ın məlumatına görə, cədvəldə dünyanın 158 yığması yer alıb.

Bununla da komandaların ümumi sayında yeni rekord qeydə alınıb. Sonuncu dəfə 2019-cu ilin martında açıqlanan və rekordla əlamətdar olan cədvələ 155 komanda daxil edilmişdi.

Dörd ay öncə siyahıdan kənarlaşdırılan Azərbaycan millisi yenidən FİFA reytinqinə qayıdıb. Bu kənarlaşdırmaya səbəb hesabat dövründə müəyyən olunmuş sayda oyun keçirməmək idi. Yığmamızla yanaşı, Konqo DR və Qabon da FİFA reytinqinə daxil edilib.

Yeni siyahıda Azərbaycan millisinin hesabında 1345 xal var. Yığmamız dünyanın 76-cı komandasıdır.
 
FİFA-nın reytinq cədvəlinə ABŞ millisi başçılıq edir – 2180 xal. Almaniya 2059 xalla ikinci pillədə qalıbsa, Hollandiya ilk “üçlüy”ə daxil olub – 2037 xal.

Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 27-də açıqlanacaq.//Apa.az