“Valensiya” rusiyalı futbolçu ilə müqavilə imzalayıb

 18:30 12.07.2019     406

Rusiya milli komandasının futbolçusu Denis Çerışevin İspaniyanın “Valensiya” klubuna keçidi rəsmiləşib.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi məlumata görə, yarımmüdafiəçi ilə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub.

Anlaşmada futbolçunun komandadan getməsi üçün ödənilməli məbləğ 80 milyon avro kimi göstərilib.

28 yaşlı rusiyalı rəsmi müqavilə imzalamazdan “yarasalar”ın düşərgəsinə qoşularaq, məşqlərində iştirak edirdi. “Valensiya”nın D.Çerışevin sabiq komandası olan “Vilyarreal”la razılıq əldə etməsi buna imkan yaratmışdı.

Vumart və Güvən reklamı Vumart Güvən