"Beşiktaş"dan ilk transfer - RƏSMİ

 23:44 15.07.2019     446

"Beşiktaş" yeni mövsüm öncəsi ilk transferini reallaşdırıb.

Redaktor.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi son olaraq "Vitoriya de Qimarayanş"da oynayan Tayler Boydu heyətinə qatıb. ABŞ millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. 24 yaşlı hücumçu yeni klubunda ilinə 1.2 milyon avro qazanacaq.

Qeyd edək ki, bu transfer üçün "Beşiktaş" Portuqaliya təmsilçisinə 2.4 milyon avro təzminat ödəyəcək.

Vumart və Güvən reklamı Vumart Güvən