La Liqa klublarından 1 milyardlıq transfer REKORDU

 03:22 17.07.2019     403

La Liqa klubları transferlərə ilk dəfə 1 milyard avrodan çox pul xərcləyərək rekord imza atıblar.

 Redaktor.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, La Liqa təmsilçiləri indiyə kimi heç vaxt  transferlərə bu qədər məbləğ ödəməyiblər. "Real", "Barselona" və "Atletiko" ən çox pul xərcləyən La Liqa klublarıdır.

Eden Azard, Eder Militao, Ferlan Mendi, Luka Yoviç, Rodriqo üçün ümumilikdə 303 milyon avro ödəyən  "Real" hazırda transferlərə ən çox pul verən klubdur. Kataloniya təmsilçisi isə Antuan Qrizmann, Frenki De Yonq, Norberto Murara, Emerson de Souza və Ludovit Reis üçün ümumilikdə 230 milyon 500 min avro xərcləyib.

"Atletiko"ya gəlincə, Madrid klubu "Benfika"dan aldığı Joao Feliks üçün 126 milyon avro ödəyərək inidə kimi La Liqa tarixinin ən bahalı transferini gerçəkləşdirib. Komanda ümumilikdə 206 milyon 500 min avro verərək Felipe Monteyro, Markos Lorente, Renan Lodi, İvan Saponyiçi transfer edib.