Almaniyalı futbolçu məşq zamanı dünyasını dəyişdi
Almaniyanın "Dessauer-97" futbol klubunun üzvü Stefan Haberman məşq zamanı dünyasını dəyişib.
Redaktor.az MK-ya istinadən xəbər verir ki, 6-cı divizionda çıxış edən klubun üzvünün qrup hərəkətləri zamanı halı pisləşib.
30 yaşlı futbolçu yerə yıxılandan bir neçə dəqiqə sonra vəfat edib. Habermanın hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.
Rüfət Xəlil / Redaktor.az












