"Qarabağ" Çempionlar Liqasında "Partizani"yə qalib gələrək mərhələ adlayıb
"Qarabağ" bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Redaktor.az xəbər verir ki, Ağdam klubu "Dalğa Arena"da Albaniyanın "Partizani" klubunu qəbul edib. Tiranadakı ilk qarşılaşmada qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası bu dəfə 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. "Qarabağ"ın heyətində qolları Filip Ozobiç və Dani Kintana vurub.
Rüfət Xəlil / Redaktor.az












