"Tottenhem"də üç ayrılıq - RƏSMİ

 02:19 18.07.2019     409

Yay transfer dönəmində  "Tottenhem"dən ayrılacaq futbolçular müəyyənləşib.

Redaktor.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, üç oyunçu London təmsilçisini tərk edəcək. Bunlar müdafiəçi Deni Rouz, yarımmüdafiəçi Jorj-Kevin Nkudu və danimarkalı hücumçu Vinsent Yansendir.

Qeyd edək ki, hər üç futbolçu "Tottenhem"in mövsüm öncəsi təlim-məşq toplanışına aparılmayacaq.

Rüfət Xəlil / Redaktor.az