"Qarabağ"ın yeni rəqibi bilindi - FOTO

 23:19 17.07.2019     325

"Qarabağ"ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, bu, İrlandiyanın "Dundalk" klubudur. Komanda ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində Latviya "Riqa"sı ilə qarşılaşıb. Komandalar arasında cavab görüşünün əsas vaxtında ilk matçda olduğu kimi hesab açılmayıb. Buna görə əlavə vaxta ehtiyac duyulub. Burada da qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. 5:4 qalib gələn İrlandiya təmsilçisi növbəti mərhələyə adlayıb

Qeyd edək ki, 2-ci raundun matçları  23-24 iyul və 30-31 iyul tarixlərində keçiriləcək.

Rüfət Xəlil / Redaktor.az