“Neftçi” rəqibini darmadağın edib, mərhələ adladı

 22:59 18.07.2019     462

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Redaktor.az xəbər verir ki, təmsilçilərimizdən “Neftçi” də cavab matçına çıxıb. Roberto Bordinin komandası  Bakıda Moldovanın “Sperantsa” klubunu qəbul edib. Səfərdəki görüşdə 3 cavabsız qolla qalib gələn “ağ-qaralar”  bu dəfə rəqibini darmadağın edib - 6:0. 

Qeyd edək ki, "Neftçi" II təsnifat mərhələsində Rusiyanın "Arsenal" komandası ilə qarşılaşacaq. İlk oyun iyulun 25-də Tulada, cavab görüşü isə avqustun 1-də Bakıda olacaq.

Rüfət Xəlil / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən