“Səbail” avrokuboklarda mübarizəsini dayandırdı
İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində Kraiyova şəhərində keçirilən “Universitatea” (Rumıniya) - “Səbail” oyunu başa çatıb.
Redaktor.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Ağabala Ramazanov və Dilan Duventru fərqləniblər. Beləliklə, öz meydanında eyni hesabla məğlub olan “Səbail” avrokuboklarda mübarizəsini dayandırıb.
Rüfət Xəlil / Redaktor.az












