Bakı-2019: Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşib

 22:24 20.07.2019     349

Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində güləş yarışlarının püşkü atılıb.

Redaktor.az APA-ya istinadən bildirir ki, mübarizə sabah Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək. 

İlk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 kq və 55 kq-da mübarizə baş tutacaq. Atletlər Kəndində həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və Azərbaycan güləşçilərinin rəqibləri müəyyənləşib. 

Sərbəst güləş 
45 kq, A qrupu, 1-ci tur
Murad Haqverdiyev - Eldar Asakayev (Rusiya)
55 kq, 1/8 final
Əbülfəz Nəsirov - Harvey Ridinqs (Böyük Britaniya)