"Fənərbaxça"nın üzvü İtaliyanın nəhəng klubuna transfer oldu - RƏSMİ

 00:49 25.07.2019     416

"Fənərbaxça"nın futbolçusu Elif Elmasın "Napoli"yə keçidi rəsmiləşib.

Redaktor.az-ın İtaliya klubunun saytına istinadən yaydığı xəbərə görə, 19 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. "Napoli" makedoniyalı oyunçu üçün İstanbul təmsilçisinə 16 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, E.Elmas 2017-ci ildə Şimali Makedoniyanın "Rabotniçki" klubundan 180 min avroya "Fənərbaxça"ya transfer olunmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən