“Qəbələ” – “Dinamo” oyunu start götürüb

 19:27 25.07.2019     397

Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Redaktor.az-ın məlumatına görə, yarışa bu mərhələdən başlayan Azərbaycanın “Qəbələ” klubu Gürcüstan “Dinamo”su ilə üz-üzə gəlir. 

Mövsümdə ilk matçına çıxan Sənan Qurbanovun yetirmələri dörd il öncə adladıqları rəqibi mübarizədən kənarlaşdırmağa çalışırlar. Bunun üçün “qırmızı-qaralar” evdə keçirilən ilk görüşdə sərfəli nəticə əldə etməlidir. Əvvəlki illərlə müqayisədə heyəti xeyli dəyişən əyalət klubu əsasən yerli futbolçulardan təşkil olunan komanda ilə Tbilisi təmsilçisini yenmək iddiasındadır.

Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
19:00. “Qəbələ” – “Dinamo” (Tbilisi, Gürcüstan)
Baş hakim: 
Nikolas Uolş
Qəbələ: 1. Anar Nəzirov, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Davit Volkov, 10. Klesio Bauk, 14. Ülvi İsgəndərov, 21. Fernan Lopez, 74. Yusif Nəbiyev, 77. Merab Qiqauri. 
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 11. Asif Məmmədov, 13. Kristian Kouakou, 19. Rövlan Muradov, 28. Murad Musayev.
Baş məşqçi: Sənan Qurbanov
“Dinamo”: 1. Xose Perales, 3. Viktor Monxil, 5. Davit Kobouri, 8. Georgi Kuxianidze, 10. Levan Şengeliya, 15. Georgi Papava, 16. Georgi Kimadze, 19. Levan Kutalya, 24. Nodar İaşvili, 32. Nika Ninua, 38. Nodar Kavtaradze
Ehtiyat oyunçular: 12. Sergey Litovçenko, 2. Quca Ruxaia, 6. Bakar Kardava, 7. Georgi Zarya, 9. Kvame Karikari, 11. Akaki Şulaya, 14. Arpanq Daffe
Baş məşqçi: Feliks Visente Miranda