"Qəbələ" "Dinamo"ya uduzdu

 21:36 25.07.2019     508

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları davam edir.

Redaktor.az xəbər verir ki, Azərbaycan kubokunun qalibi “Qəbələ” bu gün mübarizəyə start verib. Sənan Qurbanovun komandası öz meydanında Tbilisi “Dinamo”sunu qəbul edib. 

Qarşılaşma Gürcüstan klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə də "Dinamo" ilə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsillçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Gürcüstanda keçiriləcək. Cütün qalibi Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaq.

Rüfət Xəlil