"Neftçi"dən möhtəşəm zəfər

 22:54 25.07.2019     427

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları davam edir.

Redaktor.az xəbər verir ki, Topaz Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” klubu Rusiya “Arsenal”ı ilə üz-üzə gəlib.

 "Ağ-qaralar" rəqiblərini 1:0 hesabı ilə məğlub edib.

Görüşdə yeganə qolu 45-ci dəqiqəsində Dario Frederiko vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 1-də Bakıda olacaq. 

Rüfət Xəlil/ redaktor.az