"Barselona"dan ayrılan müdafiəçi "Beşiktaş"da

 09:08 26.07.2019     399

Türkiyənin "Beşiktaş" klubu növbəti transferini reallaşdırıb.

Redaktor.az Trend-ə istinadən bildirir ki, İstanbul klubu "Barselona" ilə müqaviləsi bitən braziliyalı müdafiəçi Duqlasla anlaşıb. Azad agent statusu ilə transfer olunan 28 yaşlı futbolçuyla üç illik müqavilə bağlanıb. Futbolçunun illik maaşı 800 min avro olacaq.

Qeyd edək ki, Duqlas "Barselona", "Sportinq" (Xixon) və "Benfika" klublarında da çıxış edib.

Vumart və Güvən reklamı Vumart Güvən