EYOF: Türkiyə medal sıralamasında Azərbaycanı ötüb

 17:03 27.07.2019     379

Türkiyə millisi Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) medal sıralamasında Azərbaycan komandasını keçərək 3-cü pilləyə yüksəlib.

Redaktor.az report.az-a istinadən xəbər verir ki, dəyişiklik Türkiyənin cüdo üzrə millisinin qarışıq komanda yarışının finalında Rusiya kollektivini məğlub etməsindən sonra reallaşıb. Bununla aktivinə 11-ci qızıl medalı yazdıran, 5 gümüş və 10 bürünc medala sahib olan “ay-ulduzlular” önə keçiblər.

Hazırda Rusiya komandası 28 qızıl, 17 gümüş və 20 bürünc medalla 1-ci sıradadır. Böyük Britaniya yığması 11 qızıl, 12 gümüş və 1 bürünc medalı 2-ci yerdədir. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi 4-cüdür.

Qeyd edək ki, Azərbaycan idmançıları EYOF-da çıxışlarını başa vurublar.