Formula-1: Almaniya Qran Prisinin qalibi bəlli oldu

 22:47 28.07.2019     417

Formula-1 üzrə Almaniya Qran Prisinin qalibi "Red Bull"un pilotu Maks Ferstappen olub.

Redaktor.az axar.az-a istinadən xəbər verir ki, yarışı ikinci yerdə "Ferrari" pilotu Sebastyan Fettel başa vurub. Üçüncü yeri isə "Toro Rosso"nun pilotu Daniil Kvyat tutub.

"Mercedes"in məşhur pilotu Lüis Hemilton mükafatçılar sırasına düşə bilməyib.