Azərbaycan yığmasının iki oyununun vaxtı dəqiqləşib

 16:49 30.07.2019     296

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə qrup mərhələsindəki növbəti iki matçının vaxtı dəqiqləşib.

Redaktor.az-ın məlumatına görə, sentyabrın 6-da Slovakiya, sentyabrın 10-da isə Gürcüstan yığmaları ilə keçirəcəyi qarşılaşmalar eyni vaxtda başlayacaq.

Hər iki görüşün start fiti saat 20:30-da veriləcək. Bu matçlar “Dalğa Arena”da keçiriləcək.