"Qalatasaray"dan yeni transfer

 20:57 30.07.2019     329

"Qalatasaray” klubu yeni transferini həyata keçirib. 

Redaktor.az xəbər verir ki, klub uzun zamandır gündəmində olan Əmrə Moru heyətinə qatıb. Bu barədə futbolçunun meneceri Erik Alonso "Tvitter” hesabında məlumat yayıb. O, paylaşımında "Emre Morun Qalatasaray klubuna keçidi üçün razılaşma əldə edildi”, - deyə yazıb. 

Qeyd edək ki, 22 yaşlı futbolçunun son klubu İspaniyanın "Selta Viqo”su olub. /offsideplus/