Slovakiyanın “Slovan” klubu “Qarabağ”ın mümkün rəqibi olub

 06:22 31.07.2019     277

Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Redaktor.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

Bu oyunlar Çempionlar yolunda keçirilib. Qitənin ən mötəbər klub turnirinin I təsnifat mərhələsində uduzanlar münasibətlərinə aydınlıq gətiriblər. Matçlardan sonra “Suduva”, “Ararat”, “Düdelanj” və “Slovan” növbəti mərhələyə adlayıb.

Sonuncular Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi olub. Kosovonun “Ferronikeli” klubunu hər iki görüşdə məğlub edən Slovakiya təmsilçisi ağdamlılarla Avropa Liqasının III təsnifat mərhələsində qarşılaşa bilər. Çünki bu komanda “Qarabağ” – “Dandolk” duelində uduzan tərəflə görüşəcək. Çempionumuz uğursuzluqla üzləşsə, “Slovan”la üz-üzə gələcək.

Qeyd edək ki, Avropa Liqasının 1 oyunu sabah, 41 matçı avqustun 1-də keçiriləcək.

Avropa Liqası II təsnifat mərhələsi, cavab oyunları

Çempionlar yolu

30 iyul

19:45. “Linkoln” (Cəbəllütariq) – "Ararat" (Ermənistan) – 1:2

İlk oyun - 0:2

19:45. "Suduva" (Litva) – "Tre Penne" (San-Marino) – 5:0

İlk oyun - 5:0

19:55. "Düdelanj" (Lüksemburq) – "Şkendiya" (Makedoniya) – 1:1

İlk oyun - 2:1

20:00. “Ferronikeli” (Kosovo) – "Slovan" (Slovakiya) – 0:2

İlk oyun – 1:2