Dünya Karate Federasiyasının rəsmiləri Bakıda seminar keçirəcək

 14:51 31.07.2019     314

Bakıda Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komissiyasının seminarı keçiriləcək.

Redaktor.az-ın məlumatına görə, qurum rəsmiləri Azərbaycan Milli Karate Federasiyasının dəvəti ilə Bakıya gələcək.

Bu məqsədlə komissiyanın sədri Xavyer Eskalante (İsveç), katibinin assistenti Fariba Madani (ABŞ) və üzvü Cavad Səliminin (İran) paytaxta təşrif buyuracaq. Onlar avqustun 16-da yerli hakim və məşqçilərə növbəti seminar keçirəcəklər. 

Nəzəri seminarın iştirakçılarına sertifikatlar təqdim olunacaq.