"Qarabağ"-dan möhtəşəm qələbə

 23:07 31.07.2019     248

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.

Redaktor.az-ın məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edib.

 Qurban Qurbanovun komandası ev qarşılaşmasında 3:0 hesablı qələbə qazanıb və  3-cü təsnifat mərhələsinə yüksəlib. 

"Qarabağ"  növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.